“Komo” Çempionlar Liqasında iki rekorda imza atdı
İtaliyanın “Komo” klubu UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün ümumi mərhələsinin IV turunda Fransada “Lans”ı 9:1 hesabı ilə darmadağın edib.
Sportify.az xəbər verir ki, “Bollar-Delelis” stadionunda keçirilən qarşılaşmada qazanılan qələbə turnir tarixində iki rekordla əlamətdar olub.
Belə ki, “Komo” Çempionlar Liqası tarixində səfərdə ən böyükhesablı qələbəni qazanan komanda olub. Bundan başqa, turnirin tarixində heç bir klub səfər oyununda bir matçda 9 qol vura bilməmişdi. Sesk Fabreqasın rəhbərlik etdiyi İtaliya təmsilçisi bu göstəriciyə nail olub.
Növbəti turda “Komo” doğma meydanda Yunanıstanın AEK klubu ilə qarşılaşacaq. “Lans” isə səfərdə “Leyptsiq”in qonağı olacaq. Hər iki görüş noyabrın 24-də keçiriləcək.



No Comment! Be the first one.