Haaland Çempionlar Liqasının bombardirləri siyahısında 7-ci pilləyə yüksəldi
İngiltərə təmsilçisi “Mançester Siti”nin hücumçusu Erlinq Haaland UEFA Çempionlar Liqasında vurduğu qolların sayını 62-yə çatdırıb.
Sportify.az xəbər verir ki, norveçli futbolçu turnirin ümumi mərhələsinin IV turunda “Leyptsiq”lə keçirilən görüşdə fərqlənib. Noyabrın 4-də baş tutan qarşılaşma İngiltərə təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Haaland Çempionlar Liqasında 62 qola çatmaq üçün 61 oyuna ehtiyac duyub. O, turnirin bütün dövrlər üzrə bombardirlər siyahısında 7-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, Haaland cari mövsüm Çempionlar Liqasında keçirdiyi dörd oyunda 5 qol vurub. “Mançester Siti” 9 xalla Liqa mərhələsinin turnir cədvəlində 7-ci yerdədir.
İngiltərə təmsilçisi növbəti turda noyabrın 24-də doğma meydanda “Napoli”ni qəbul edəcək.



No Comment! Be the first one.