“Bu gün “Bavariya” üçün həqiqətən xüsusi gündür”
Almaniya təmsilçisi “Bavariya”nın prezidenti Herbert Hayner və baş icraçı direktoru Yan-Kristian Drezеn hücumçu Harri Keynin müqaviləsinin 2029-cu ilə qədər uzadılmasına münasibət bildiriblər.
Sportify.az xəbər verir ki, Herbert Hayner ingiltərəli futbolçunun qısa müddətdə klub tarixində xüsusi yer tutduğunu vurğulayıb:
“Böyük maraq doğuran transfer kimi başlayan bu hekayə zamanla ‘Bavariya’nın tarixində xüsusi bir səhifəyə çevrildi. Harri Keyn futbolçudan gözlənilən bütün ümidləri doğruldur və artıq azarkeşlərin qəlbində müasir idmanın ən böyük simalarından biri kimi yer alıb. Yan-Kristian Drezene və rəhbərliyimizə təşəkkürümü bildirmək istəyirəm. Bu gün “Bavariya” üçün həqiqətən xüsusi gündür”, – deyə klub prezidenti rəsmi sayta açıqlamasında bildirib.
Yan-Kristian Drezen də müqavilənin uzadılmasından məmnunluğunu ifadə edib:
“Harri Keynlə müqaviləni uzada bildiyimiz üçün çox xoşbəxtik. Bu, bizim, azarkeşlərimizin və bütövlükdə Bundesliqanın sevindirici xəbəridir. “Qızıl top” sahibi Münhen “Bavariya”sında qalır! 2023-cü ildə komandaya qoşulduqdan sonra Harri möhtəşəm nəticələr əldə edib. O, qollar vurub, komandanın oyununa böyük təsir göstərib və həm meydanda, həm də meydandan kənarda nümunəyə çevrilib. “Bavariya” artıq onun üçün doğma evə çevrilib. O, bizimlə birlikdə inkişafını davam etdirib və bu prosesin zirvəsi “Qızıl top” mükafatı olub. Müqavilənin uzadılması onun “Bavariya”ya bağlılığının göstəricisidir. Bu, hələ başa çatmaqdan uzaq olan hekayənin davamıdır”, – deyə klub rəsmisi qeyd edib.



No Comment! Be the first one.