“Aston Villa” Unai Emeri ilə müqaviləni uzatmaq istəyir
İngiltərənin “Aston Villa” klubu baş məşqçisi Unai Emeri ilə müqavilənin müddətini uzatmaq üçün danışıqlara başlayıb.
Sportify.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano X sosial şəbəkəsində məlumat yayıb.
İnsayderin sözlərinə görə, Birmingem təmsilçisi Unai Emeri ilə yanaşı, onun məşqçilər korpusunun üzvləri Damian Vidagani və Roberto Olabeyə də yeni müqavilə təklif edib. Danışıqların yekun mərhələdə olduğu bildirilir.
Klub rəhbərliyi digər komandaların Emeriyə mümkün marağının qarşısını almaq və gələcəkdə hər hansı problem yaşamamaq niyyətindədir. Rəhbərlik ispaniyalı mütəxəssisin fəaliyyətindən tam razıdır.
Qeyd edək ki, 55 yaşlı Unai Emerinin “Aston Villa” ilə hazırkı müqaviləsi 2029-cu il iyunun 30-dək qüvvədədir. Mütəxəssis 2022-ci ildən komandaya rəhbərlik edir. Onun rəhbərliyi altında klub 2025/2026 mövsümündə Avropa Liqasının qalibi olub.



No Comment! Be the first one.