Bir dövr bitdi - Ronaldu açıqladı
Portuqaliya millisinin kapitanı və hücumçusu Kriştianu Ronaldu yığmadakı karyerasını başa vurduğunu açıqlayıb.
Sportify.az xəbər verir ki, 41 yaşlı futbolçu bu gün sosial şəbəkə hesablarında Portuqaliya xalqına videomüraciət ünvanlayıb.
“Portuqaliyalılar, bu, asan qərar olmadı. Lakin bu gün milli komandanın 7 nömrəli formasından ayrılmaq vaxtı çatıb. Artıq estafeti gələcək nəsilə ötürməyin zamanıdır”, – deyə Ronaldu bildirib.
Məlumata görə, sentyabrın sonunda futbolçu milli komandanın düşərgəsini icazəsiz tərk etdiyinə görə cəzalandırılıb. Oktyabrın 19-da Portuqaliya Futbol Federasiyasının intizam şurası Ronalduya 30 günlük diskvalifikasiya və 255 avro cərimə tətbiq edib. Hücumçu daha sonra komanda yoldaşlarından və azarkeşlərdən üzr istəyib.
Ronaldu 2003-cü ildən Portuqaliya millisində çıxış edib. O, yığmanın heyətində 234 oyun keçirərək 146 qol vurub. Futbolçu milli komandalar səviyyəsində ən çox qol vuran oyunçu rekordunun sahibidir.
Portuqaliya millisi ilə 2016-cı ildə Avropa çempionu olan Ronaldu 2018/2019 və 2024/2025 mövsümlərində Millətlər Liqasının qalibi olub.



No Comment! Be the first one.