“Barselona” “davam” dedi
İspaniyanın “Barselona” klubu braziliyalı hücumçu Rafinya ilə müqavilənin müddətini uzadıb.
Sportify.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
29 yaşlı futbolçu ilə yeni anlaşma 2030-cu ilin yayına qədər qüvvədə olacaq. Onun əvvəlki müqaviləsi 2028-ci ilin yayında başa çatmalı idi.
Rafinya 2022-ci ildə İngiltərənin “Lids” klubundan “Barselona”ya keçib. Braziliyalı futbolçu 2026/2027 mövsümündə bütün turnirlərdə 13 oyuna çıxıb, 19 qol vurub və 3 məhsuldar ötürmə edib.
Ümumilikdə, hücumçu Kataloniya klubunun heyətində 190 matç keçirib, 94 qol və 62 məhsuldar ötürmə ilə yadda qalıb.
Rafinya “Barselona” ilə üç dəfə İspaniya çempionu olub, üç dəfə ölkə Superkubokunu və bir dəfə İspaniya Kubokunu qazanıb.
Braziliyalı futbolçu karyerası ərzində “Renn”, “Sportinq”, “Vitoriya Gimaraeş” və “Avai” klublarında da çıxış edib.



No Comment! Be the first one.