Braziliya millisinin heyətindən çıxarıldı
Braziliya çempionatında mübarizə aparan “Botafoqo”nun yarımmüdafiəçisi Danilo zədə səbəbindən Braziliya millisinin noyabr ayında keçirəcəyi yoldaşlıq oyunlarının heyətindən çıxarılıb.
Sportify.az xəbər verir ki, bu barədə Braziliya Futbol Konfederasiyasının mətbuat xidməti məlumat yayıb.
24 yaşlı futbolçu Yaponiya və Sinqapur millilərinə qarşı keçiriləcək qarşılaşmalarda iştirak edə bilməyəcək. Danilo Braziliya klublarını təmsil edən və millinin ilkin heyətinə daxil edilmiş altı oyunçudan biri idi.
Beləliklə, Karlo Ançelottinin sərəncamında 25 futbolçu qalıb.
Braziliya millisi noyabrın 14-də Yaponiya, noyabrın 17-də isə Sinqapur yığması ilə qarşılaşacaq. Hər iki oyun Sinqapurda keçiriləcək.



No Comment! Be the first one.