Portuqaliya millisi “7 nömrə”ni əbədiləşdirə bilməyəcək
Portuqaliya millisi Kriştiano Ronaldunun çıxış etdiyi 7 nömrəli formanı dövriyyədən çıxara bilməyəcək.
Sportify.az xəbər verir ki, buna səbəb FIFA-nın müvafiq qaydalarıdır.
FIFA və UEFA-nın qaydalarına əsasən, milli komandaların rəsmi oyunlarında futbolçular 1-dən 23-dək nömrələnmiş formalardan istifadə etməlidirlər. Bu səbəbdən dünya futbolunun ali qurumu milli komandalar səviyyəsində hər hansı nömrənin dövriyyədən çıxarılmasına icazə vermir.
Daha əvvəl Argentina Futbol Assosiasiyası Lionel Messinin geyindiyi 10 nömrəli formanı dövriyyədən çıxarmaq üçün müraciət etsə də, bu təklif qəbul edilməmişdi.
Qeyd edək ki, Ronaldu daha əvvəl sosial şəbəkə hesabında Portuqaliya millisindəki karyerasını başa vurduğunu açıqlayıb.



No Comment! Be the first one.