Ronaldu Portuqaliya millisində vida matçı keçirməkdən imtina edib
Kriştianu Ronaldu Portuqaliya millisindəki karyerasını başa vurduğunu açıqladıqdan sonra yığma ilə vida matçında iştirak etməkdən imtina edib.
Sportify.az xəbər verir ki, bu barədə “Observador” nəşri məlumat yayıb.
Məlumata görə, Portuqaliya Futbol Federasiyası 41 yaşlı hücumçuya xüsusi vida matçı təşkil etməyi təklif edib. Lakin Ronaldu sonuncu dəfə meydana çıxmaq üçün milliyə qayıtmaq istəmir.
Bu gün Ronaldu ilə Portuqaliya millisinin baş məşqçisi Jorje Jezuş arasında telefon danışığının keçirilməsi planlaşdırılıb. Federasiyanın prezidenti Pedro Proensa isə tərəflər arasında vasitəçi olmalı idi. Ancaq nəzərdə tutulan danışıq baş tutmayıb. Bildirilir ki, hücumçu artıq baş məşqçi ilə ünsiyyət qurmaq istəmir.



No Comment! Be the first one.