Madrid klubu üçün şad xəbər
İspaniya “Atletiko”sunun yarımmüdafiəçisi Conni Kardozo İspaniya çempionatının 12-ci turunda “Barselona”ya qarşı keçiriləcək matçdan əvvəl komanda ilə ümumi məşqlərə başlayıb.
Sportify.az xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.
Futbolçu əzələ zədəsi səbəbindən komandasının son üç oyununu buraxıb. Noyabrın 5-də tam məşqlərə qayıdan Kardozo “Barselona” ilə qarşılaşmanın iştirak ərizəsinə daxil edilə bilər. Onun matçda iştirakı ilə bağlı yekun qərarı məşqçilər korpusu verəcək.
Mərkəz müdafiəçisi Kristian Romero isə hələ də fərdi məşqlərini davam etdirir. Argentinalı futbolçu əzələ zədəsindən sonra əvvəlki “Levante” ilə oyunun iştirak ərizəsinə daxil edilsə də, meydana çıxmayıb. O, “Barselona” ilə qarşılaşmada da komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, “Atletiko” – “Barselona” matçı noyabrın 8-də Madriddə keçiriləcək.



No Comment! Be the first one.