Konor karyerasını başa vurdu
İngiltərə millisinin sabiq müdafiəçisi Konor Koudi 33 yaşında peşəkar futbolçu karyerasını başa vurduğunu açıqlayıb.
Sportify.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesablarında paylaşım edib.
“Liverpul” akademiyasının yetirməsi olan Koudi 2012/13 mövsümündə klubun əsas komandasında iki oyun keçirib. O, Avropa Liqasında Mahaçqalanın “Anji” komandası ilə səfər matçında debüt edib, daha sonra İngiltərə Premyer Liqasında “Fulhem”lə qarşılaşmada meydana çıxıb.
“Liverpul”dan ayrıldıqdan sonra müdafiəçi “Şeffild Yunayted”, “Haddersfild”, “Vulverhempton”, “Everton”, “Lester”, “Reksem” və “Çarlton” klublarında çıxış edib. Koudi daha çox uzun illər formasını geyindiyi “Vulverhempton”dakı çıxışı ilə tanınıb.
İngiltərə millisində isə 10 oyun keçirən futbolçu milli komandada da fəaliyyətini başa vurub.



No Comment! Be the first one.