“Futbolçularımı daha yaxşı tanımalıyam”
“Mançester Siti”nin baş məşqçisi Enzo Mareska İngiltərə Premyer Liqasının 10-cu turunda səfərdə “Nottinqem Forest”ə 1:3 hesabı ilə məğlub olduqları oyunu şərh edib.
Sportify.az xəbər verir ki, “şəhərlilər” çempionatda ardıcıl üçüncü məğlubiyyətini alıblar. Bundan əvvəl komanda “Aston Villa”ya (1:2) və “Brayton”a (0:1) uduzub.
Mareska qarşılaşmadan sonra “NBC Sports”a açıqlamasında məğlubiyyətin səbəblərinə toxunub:
“İlk hissədə lazımi intensivliyi qoruyub saxlaya bilmədik və ikili mübarizələrin əksəriyyətini uduzduq. Bu səbəbdən çətinlik çəkdik. Reaksiya vermək istəyəndə isə artıq gec idi.
İlk qolda topa nəzarət edib hücum qurmağa çalışırdıq. Belə hallar futbolda baş verə bilər. İkinci qolda meydanın mərkəzində ikili mübarizəni uduzduq. Üçüncü qolda isə rəqibin cərimə meydançasının kənarında mübarizədə məğlub olduq.
İlk yeddi oyunumuzu qazanmışdıq. Bu, klub tarixində əvvəllər baş verməmişdi. İndi isə ardıcıl üç məğlubiyyət almışıq. Futbol belədir.
Əvvəllər bu futbolçuları tanımırdım. Artıq üç-dörd aydır birlikdə çalışırıq. Mən onları daha yaxşı tanımalıyam, onlar da məni daha yaxşı anlamalıdırlar. Bunun üçün zamana ehtiyac var”.
Xatırladaq ki, Enzo Mareska bu ilin yayında Pep Qvardiolanı əvəz edərək “Mançester Siti”nin baş məşqçisi təyin olunub.
10 turdan sonra 21 xalı olan Mançester təmsilçisi turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Komanda lider “Arsenal”dan 6 xal geri qalır.



No Comment! Be the first one.