Xavi: Frenki de Yonq universal futbolçudur
Niderland millisinin baş məşqçisi Xavi “Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonqu yüksək qiymətləndirib.
Sportify.az xəbər verir ki, mütəxəssis bu barədə “The Touchline”a danışıb:
“O, ən çox qiymətləndirilməyən futbolçulardan biridir. Amma məşqçilər və komanda yoldaşları üçün belə deyil, sizin üçün belədir. Komanda yoldaşlarından soruşsanız, onun ən yaxşı yarımmüdafiəçi olduğunu deyəcəklər. Frenki de Yonqu hər gün yaxından görən insanların fikirlərinə qulaq asın.
Siz onu yalnız oyunlarda görürsünüz. Çoxları matç zamanı taktikanı tam anlamır. Futbolçunun oyun ərzində taktiki problemləri necə həll etdiyini, həm müdafiədə, həm də hücumda komandası üçün üstünlük yaratdığını görmürlər. Frenki de Yonq universal futbolçudur!”.
29 yaşlı yarımmüdafiəçi cari mövsümdə “Barselona”nın heyətində 4 oyun keçirib və məhsuldar göstərici ilə yadda qalmayıb.



No Comment! Be the first one.