Güləşçilərimiz Qazaxıstanda iki medal qazandı
Qazaxıstanın Çimkənd şəhərində əməkdar məşqçi, akademik Mərdan Saparbayevin xatirəsinə həsr olunan yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçirilib.
Sportify.az xəbər verir ki, ənənəvi yarışda U-20 millisinin məşqçisi Akif Əliyevin rəhbərliyi altında iki güləşçimiz fəxri kürsüyə yüksəlib.
77 kq çəki dərəcəsində keçirilən Azərbaycan finalında Davud Məmmədov qardaşı Cavad Məmmədova 3:1 hesabı ilə qalib gələrək turnirin qalibi olub. Cavad Məmmədov isə gümüş medalla kifayətlənib.



No Comment! Be the first one.