"Valensiya"nın 6 cavabsız qolu - VİDEO
İspaniya Kubokunun 2026/2027-ci il mövsümünün birinci mərhələsində “Valensiya” altıncı divizion təmsilçisi “Tavernes-de-Valdiqna”nı böyük hesabla məğlub edib.
Sportify.az xəbər verir ki, “Mestalya” stadionunda keçirilən qarşılaşma La Liqa klubunun 6:0 hesablı qələbəsi ilə başa çatıb.
“Valensiya”nın heyətində Dani Raba ilk dəqiqədə, Uqo Duro 11-ci, Luis Rioxa 19-cu, Harvi Elliott isə 23-cü dəqiqədə fərqlənib.
İkinci hissədə Aymar Blaskes 57-ci və 69-cu dəqiqələrdə qol vuraraq dubl edib.
Qeyd edək ki, “Valensiya” bu matçda meydan sahibi deyil, qonaq komanda statusunda çıxış edib. “Tavernes-de-Valdiqna”nın stadionu İspaniya Futbol Federasiyasının kubok oyunları üçün müəyyən etdiyi tələblərə cavab vermədiyindən qarşılaşmanın “Mestalya” stadionunda keçirilməsinə qərar verilib.



No Comment! Be the first one.