Harri Keyn: Karyeramı 20-dən çox titulla başa vurmaq istəyirəm
Almaniya klubu “Bavariya” və İngiltərə millisinin hücumçusu Harri Keyn karyerasının titulsuz keçən dövrü, Münhen klubunda qazandığı ilk kubok və gələcək hədəfləri barədə danışıb.
Sportify.az xəbər verir ki, ingiltərəli futbolçu 2011–2023-cü illərdə çıxış etdiyi “Tottenhem”də heç bir rəsmi titul qazana bilməyib.
“Yaxşı oynadığını və yüksək statistik göstəricilər əldə etdiyini hiss etdiyin, lakin komandanın heç bir titul qazanmadığı dövrlər asan deyildi. Axı meydana məhz kuboklar qazanmaq üçün çıxırsan. Bu baxımdan mənim vəziyyətim kifayət qədər fərqli idi. Bilmirəm, bu qədər uzun müddət heç nə qazanmayan başqa futbolçu olubmu.
“Bavariya” ilə ilk titulumu qazandığım zaman sanki çiyinlərimdən böyük bir yük götürüldü. Ən azı, müsahibələrdə və mətbuat konfranslarında daim müzakirə olunan bu mövzu aradan qalxdı. Bu, mənə daha rahat və sərbəst oynamağa, artıq təzyiqdən qurtulmağa kömək etdi.
Hazırda karyeramın çox yaxşı mərhələsindəyəm. Son bir neçə ildə xeyli titul qazanmışam və ümid edirəm ki, qarşıda məni daha çox uğur gözləyir. Karyeramı başa vuranda hesabımda 20-dən çox titulun olmasını istəyirəm. Bəlkə də, o zaman ilk 10 ildəki uğursuzluqlarımdan daha az danışacaqlar”, – deyə Keynin sözlərini “Bayern & Germany” yayıb.



No Comment! Be the first one.