"Mançester Yunayted" Konteni niyə istəmir? - SƏBƏB
Futbol insayderi Fabrizio Romano İngiltərə klubu “Mançester Yunayted”in italiyalı mütəxəssis Antonio Konteyə niyə üstünlük vermədiyini və məşqçinin gələcək planlarını açıqlayıb.
Sportify.az xəbər verir ki, Romanonun sözlərinə görə, “qırmızı şeytanlar” baş məşqçi postu üçün digər namizədlərdən imtina edərək Maurisio Poçettinonun üzərində dayanıb. Bununla belə, “Mançester Yunayted”lə Konte arasında heç bir rəsmi təmas olmayıb.
“İlk növbədə əminliklə deyə bilərik ki, iki ay davam edən müzakirələrə baxmayaraq, Antonio Konte ‘Mançester Yunayted’in baş məşqçisi olmayacaq. O, hələ də işsizdir və onun İtaliya A Seriyasına qayıtması real variant olaraq qalır.
‘Mançester Yunayted’ digər namizədlərdən imtina edərək Poçettinoya diqqət yetirmək qərarına gəlib. Əslində, Konte ilə heç bir əlaqə saxlanılmayıb. Söhbət onun həddindən artıq tələblərindən getmir. Klub daha mülayim və radikal olmayan yanaşmaya üstünlük verən məşqçi axtarıb. Halbuki bəlkə də ‘Mançester Yunayted’ə məhz Konte kimi mütəxəssis lazım idi.
Konte böyük tarixi olan, iddialı və yenidən qələbələrə qayıtmaq istəyən klubda çalışmaq niyyətindədir. Onun qərarında təkcə maliyyə amili rol oynamayacaq. Sentyabrın əvvəlində Səudiyyə Ərəbistanı klubundan illik xalis 15 milyon avrodan çox maaş nəzərdə tutan təklifi rədd edib. Antonio uzunmüddətli strategiyası olan və öz layihəsini qura biləcəyi klub axtarır.
Onun adı tez-tez ‘Yuventus’la hallansa da, Turin klubu ilə mümkün qayıdışı barədə real və rəsmi danışıqlar aparılmayıb. Hazırda klubda Luçano Spalettinin işinə etimad göstərilir. Bununla belə, qarşıdakı aylarda daha sabit nəticələrə ehtiyac olacaq”, – deyə Romano bildirib.



No Comment! Be the first one.