Zidan: Gələcəkdə ‘Yuventus’un baş məşqçisi olmaq? Niyə də yox?!
Fransa millisinin baş məşqçisi Zinəddin Zidan gələcəkdə “Yuventus”a rəhbərlik edə biləcəyini istisna etməyib.
Sportify.az xəbər verir ki, keçmiş yarımmüdafiəçi 1996-2001-ci illərdə Turin klubunun formasını geyinib.
Zidan “Yuventus”da çıxış etdiyi dövrü və baş məşqçisi Marçello Lippinin ona qazandırdıqlarını xatırlayıb.
“Lippi mənə həmişə irəli getməyi öyrədib. Turinə gələndə yaxşı oynamırdım və buna görə də mətbuatla azarkeşlər mənim bu səviyyəyə uyğun olduğumu düşünmürdülər. Lippi mənə onun rəhbərliyi altında oynamalı olduğumu dedi. Mən də özümü yaxşı tərəfdən göstərə bildim.
Gələcəkdə ‘Yuventus’un baş məşqçisi olmaq? Niyə də yox?!” – deyə Zidan bildirib.


No Comment! Be the first one.