Poçettinonun əvəzinə Qvardiola
ABŞ Futbol Federasiyası İngiltərə klubu “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolanı milli komandanın sükanı arxasına keçirmək üçün əsas namizədlərdən biri kimi nəzərdən keçirir.
Sportify.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.
Mənbənin məlumatına görə, 55 yaşlı ispaniyalı mütəxəssisin namizədliyi ABŞ millisinin hazırkı baş məşqçisi Maurisio Poçettinonun vəzifəsindən ayrılacağı təqdirdə gündəmə gələcək.
Argentina millisinin sabiq futbolçusu Poçettinonun “Mançester Yunayted”ə rəhbərlik edə biləcəyi bildirilir. İngiltərə klubunun argentinalı mütəxəssislə bağlı marağı fonunda ABŞ Futbol Federasiyası mümkün alternativləri nəzərdən keçirir.
Məlumata əsasən, amerikalılar Qvardiolanı karyerasında ilk dəfə milli komandaya rəhbərlik etməyə razı salmağa çalışacaqlar.
Qeyd edək ki, Qvardiola 2016-cı ildən çalışdırdığı “Mançester Siti”dən 2026-cı ilin yayında ayrılıb. O, bundan əvvəl “Barselona” və “Bavariya”ya da rəhbərlik edib.



No Comment! Be the first one.