“Fransa ilə oyunda səhvlərimizi düzəldərək qələbə qazanmağa çalışacağıq”
İtaliya millisinin baş məşqçisi Roberto Mançini UEFA Millətlər Liqasının V turunda Fransa ilə keçiriləcək oyunöncəsi komandaların turnirin III turunda baş tutan və 1:1 hesabı ilə yekunlaşan qarşılaşmasını xatırlayıb.
Sportify.az xəbər verir ki, italiyalı mütəxəssis həmin matçın yaxşı keçdiyini, lakin komandasında təkmilləşdirilməli məqamların olduğunu bildirib:
“Yaxşı oyun idi. Hətta müdafiə olunmağa məcbur qaldığımız anlarda da belə düşünürəm. Çünki Fransa millisi bizə, Belçika ilə oyunda olduğu kimi ciddi təzyiq göstərdi. Bu, çox güclü komandadır. Bununla belə, yaxşılaşdıra biləcəyimiz məqamlar da var. Ümid edirik ki, həmin səhvləri düzəldərək qələbə qazanacağıq”, – deyə Mançini UEFA-nın rəsmi saytına danışıb.
Qeyd edək ki, İtaliya – Fransa qarşılaşması noyabrın 12-də Milandakı “San-Siro” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.



No Comment! Be the first one.