Mahir Emreli Arda Güləri geridə qoydu – Millimizin üzvləri Millətlər Liqasının ən yaxşıları arasında
Azərbaycan millisinin futbolçuları UEFA Millətlər Liqasının statistik göstəricilərində ön sıralarda yer alıblar.
Sportify.az xəbər verir ki, Bədavi Hüseynov topu geri qaytarma sayına görə 35 göstərici ilə 3-5-ci yerləri bölüşür. O, bu baxımdan Estoniya millisinin üzvü Maksim Paskoçi və Albaniya yığmasından Ardian İsmayli ilə eyni nəticəyə malikdir.
Abdulla Xaybulayev isə qrup mərhələsində meydana çıxdığı 4 matçda 12 dəfə rəqibdən top almağa nail olub. Bu göstərici ilə o, beşinci pillədə qərarlaşıb. Türkiyə millisinin futbolçusu İsmayıl Yüksək 18 uğurlu müdaxilə ilə siyahının ilk pilləsindədir.
Mahir Emreli də fərdi statistikası ilə diqqət çəkib. Millimizin hücumçusu qrup mərhələsinin 4 oyununda rəqib qapısına 10 dəqiq zərbə vurub. Bu nəticə ilə o, ikinci yerdədir. İsveçrəli Dan Ndoye isə 11 dəqiq zərbə ilə liderdir.
Üçüncü sırada bir neçə futbolçu qərarlaşıb. Onların arasında 9 dəqiq zərbə ilə Türkiyə millisindən Arda Gülər və İspaniya yığmasının üzvü Aleks Baena da var.


No Comment! Be the first one.