"Neftçi"də seminar keçirildi
“Neftçi”də məşqçi və futbolçu heyəti üçün seminar təşkil olunub.
Sportify.az klubun rəsmi saytına istinadla xəbər verir ki, “Palms Sports” Futbol Mərkəzində keçirilən tədbir AFFA-nın Hakim-inspektorlar komitəsinin üzvü, beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev və Hakimlər komitəsinin mütəxəssisi Orxan Məmmədovun iştirakı ilə baş tutub.
Seminarda komandanın üzvlərinə hakim idarəçiliyi zamanı tətbiq olunan yeni qaydalar haqqında ətraflı məlumat verilib, maarifləndirici videolar təqdim olunub.



No Comment! Be the first one.