Parataekvondoçumuz dünya çempionu oldu
Cənubi Koreyanın Muju şəhərində parataekvondo üzrə dünya çempionatı start götürüb.
Sportify.az xəbər verir ki, K44 kateqoriyasında 58 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan parataekvondoçusu Sabir Zeynalov 1/8 finalda hindistanlı Mohit Sinq, 1/4 finalda monqolustanlı Tyemirbyek Khaulyet, yarımfinalda isə taypeyli Xiao Xianq Ven üzərində qələbə qazanaraq finala yüksəlib.
20 yaşlı idmançı finalda son paralimpiya çempionu, israilli Asaf Yasuru məğlub edərək dünya çempionu tituluna yiyələnib.



No Comment! Be the first one.