Şəhid övladı topa ilk toxunuşu etdi, veteranlar izlədi - VİDEO
“Xankəndi” və “Karvan-Yevlax” arasındakı I Liqanın VIII tur matçına komandalar şəhid övladları ilə birlikdə çıxıblar.
Sportify.az xəbər verir ki, Dövlət Himni səsləndirildikdən sonra şəhid Fikrət Məmmədovun oğlu İbrahim Məmmədli püşkatmada da iştirak edib.
Onun atdığı püşk nəticəsində komandaların yerləri müəyyənləşib.
Daha sonra meydana vaxtilə Xankəndinin “Qarabağ” komandasında çıxış etmiş veteran futbolçular Samir Ələkbərov, Emin Salmanov və Munis Abdullayev dəvət olunublar. Onların iştirakı ilə İbrahim Məmmədli topa rəmzi toxunuş edib.
Qeyd edək ki, əsaslı təmirdən sonra istifadəyə verilmiş Xankəndi Stadionunda hazırda davam edən görüşdə hesab açılmayıb – 0:0.
Посмотреть эту публикацию в Instagram


No Comment! Be the first one.