Millimizin heyəti açıqlandı
19 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası noyabrın 18-də Dalğa Təlim-Məşq Mərkəzində təlim-məşq toplanışına başlayıb.
Sportify.az xəbər verir ki, hazırlıq prosesi noyabrın 23-dək davam edəcək.
Toplanış çərçivəsində komanda Serbiyada UEFA Avropa çempionatının seçmə mərhələsinin I raundunda keçiriləcək rəsmi oyunlara hazırlaşır.
Artıq toplanış üçün millinin heyəti də açıqlanıb:
Nərgiz Ağaliyeva (“Şəfa”), Firuzə Bayramova (“Dirçəliş”), Arzu Cəfərova (“İmişli”), Səma Əsədova (“Sabah”), Yelizaveta Vaysman (“İmişli”), Ayan Abdiyeva (“Liman”), Xədicə Rəhimova (“Neftçi”), Zəhra İsmayılova (“İmişli”), Səbinə Şərəfxanova (“Krılya Sovetov”, Rusiya), Məryəm Səmədli (“Sabah”), Sara Səlimova (“Neftçi”), Arzu Ağaliyeva (“Şəfa”), Mehri Məmmədzadə (“Şəfa”), Naidə Məmmədova (“Dirçəliş”), Suel Polikarpova (“Neftçi”), Ayşən Salamzadə (“Gaziantep Safir”, Türkiyə), Xədicə Əlizadə (“Sabah”), Fatimə Kərimli (“Sabah”), Xanım Əsədova (“Gaziantep Safir”, Türkiyə), Şəhanə Mirzəliyeva (“Liman”).


No Comment! Be the first one.