Kurtua “Real Madrid”lə müqaviləsini uzadır
İspaniyanın “Real Madrid” klubu qapıçısı Tibo Kurtua ilə müqaviləni 2028-ci ilin yayınadək uzadacaq.
Sportify.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.
Mənbənin məlumatına görə, 34 yaşlı belçikalı qolkiperin yeni müqaviləsi daha bir mövsümü əhatə edəcək. Onun əvvəlki sözləşməsinin müddəti 2027-ci ilin yayında başa çatırdı. Yeni müqavilənin uzadılması ilə bağlı rəsmi açıqlamanın yaxın vaxtlarda veriləcəyi gözlənilir.
Kurtua oktyabrda klub rəhbərliyi ilə danışıqlar apardığını təsdiqləmiş və peşəkar karyerasını “Real Madrid”də başa vurmaq istədiyini bildirmişdi.
Təcrübəli qolkiper 2018-ci ildən Madrid təmsilçisində çıxış edir. O, komandanın heyətində iki dəfə UEFA Çempionlar Liqasının, dörd dəfə İspaniya çempionatının qalibi olub, ölkə kubokunu da qazanıb.
Kurtua 2026/2027 mövsümündə bütün turnirlərdə 15 oyunda iştirak edib və 4 qarşılaşmada qapısını toxunulmaz saxlayıb.



No Comment! Be the first one.