U-14 millimiz Serbiyada təlim-məşq toplanışı keçir
14 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi Serbiyanın paytaxtı Belqradda təlim-məşq toplanışındadır.
Sportify.az xəbər verir ki, hazırlıq prosesi noyabrın 19-dan 22-dək davam edəcək.
Toplanış çərçivəsində yığmamız Serbiyanın tanınmış klubları “Partizan” və “Srvena Zvezda” ilə yoxlama oyunlarında qüvvəsini sınayacaq.
Bu görüşlər basketbolçularımızın beynəlxalq oyun təcrübəsi qazanması baxımından əhəmiyyət daşıyır.



No Comment! Be the first one.