UEFA Regionlar Kubokunda çıxış edən yeganə Azərbaycan klubu “Zəngəzur” ilk matçına çıxıb.
Sportify.az xəbər verir ki, turnirin ilkin mərhələsində 7-ci qrupda mübarizə aparan “Zəngəzur” Türkiyədə Polşanın “Dolnoslaski” klubu ilə qarşılaşıb.
Azərbaycan təmsilçisi meydana çıxmağına peşman olub. Belə ki, polşalılar 12:0 hesabı ilə qalib gəliblər.
Qeyd edək ki, “Zəngəzur”un qrupdakı rəqibləri “Dolnoslaski” (Polşa), “İstanbul” (Türkiyə) və “The Carpathians” (Rumıniya) klublarıdır.



No Comment! Be the first one.