“Sabah”la oyun ərəfəsində QALMAQAL: Rafinya cavab verəcək
İspaniyanın “Barselona” klubunun futbolçusu Rafinya ətrafında yaranan müzakirələr komandanın “Sabah”la oyunu ərəfəsində gündəmə gəlib.
Sportify.az sport.es-ə istinadən xəbər verir ki, braziliyalı hücumçu yaxın günlərdə ictimaiyyət qarşısında çıxış edərək ona ünvanlanan ittihamlara cavab vermək niyyətindədir.
Kataloniya klubunda Rafinyanı ehtiyatsız davranmaqda günahlandıranlar var. Futbolçu zədələrinə baxmayaraq, Braziliya millisinin yoldaşlıq oyunları üçün dəvətlərini etiraz etmədən qəbul edib. Bu isə “Barselona” düşərgəsində narazılığa səbəb olub.
Braziliyada isə 29 yaşlı futbolçuya fərqli iradlar ünvanlanır. Onu öz ölkəsinin millisindən daha çox “Barselona”nın maraqlarına üstünlük verməkdə ittiham edirlər.
Rafinya bu müzakirələrdən narazıdır və yaxın günlərdə verəcəyi açıqlama ilə həddindən artıq və ədalətsiz hesab etdiyi polemikaya son qoymaq istəyir.
Qeyd edək ki, “Sabah” – “Barselona” qarşılaşması noyabrın 25-də Bakıda keçiriləcək.



No Comment! Be the first one.