İmaməddin Xəlilov dünya çempionatının bürünc medalını qazandı
Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov dünya çempionatında bürünc medal qazanıb.
Sportify.az xəbər verir ki, Cənubi Koreyanın Muju şəhərində keçirilən dünya çempionatının ikinci günündə idmançımız K44 kateqoriyasında 70 kq çəki dərəcəsində mübarizə aparıb.
Paralimpiya çempionumuz 1/8 finalda almaniyalı Kolja Qrabeni, 1/4 finalda isə türkiyəli Yusuf Yunaçtını 2:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.
Həlledici mərhələyə vəsiqə uğrunda meksikalı Xuan Qarsiya ilə qarşılaşan Xəlilov rəqibinə məğlub olub və dünya çempionatının bürünc medalına sahib çıxıb.




No Comment! Be the first one.