Poçettino “Mançester Yunayted”də intizamı sərtləşdirdi
Poçettino “Mançester Yunayted”də intizam qaydalarını sərtləşdirdi
İngiltərə “Mançester Yunayted”inin yeni baş məşqçisi Maurisio Poçettino komandada intizam qaydalarını sərtləşdirib.
Sportify.az-ın “Evening Standard” nəşrinə istinadən məlumatına görə, argentinalı mütəxəssis futbolçuların oyundan sonrakı istirahət gününü ləğv edib.
Bu istirahət günü əvvəllər Maykl Kerrikin rəhbərliyi dövründə oyunçulara verilirdi. Bundan başqa, məşq günlərində futbolçular klubun bazasına əvvəlkindən bir saat tez gəlməli olacaqlar.
Poçettinonun “Mançester Yunayted”in baş məşqçisi kimi debütü uğursuz alınıb. Komanda İngiltərə Premyer Liqasının XI turunda “Liverpul”a 0:4 hesabı ilə uduzub.
“Mançester Yunayted” növbəti matçını noyabrın 25-də Portuqaliyada “Sportinq”ə qarşı keçirəcək. UEFA Çempionlar Liqasının V tur matçı saat 00:00-da başlanacaq.
Qeyd edək ki, Maykl Kerrikin noyabrın 12-də vəzifəsindən ayrıldığı vaxt “Mançester Yunayted” 2026/2027 mövsümündə bütün turnirlərdə keçirdiyi 15 oyunun cəmi 3-də qələbə qazanmışdı.



No Comment! Be the first one.