Perişiç Çempionlar Liqasında iki yaş rekorduna imza atdı
Niderland PSV-sinin yarımmüdafiəçisi İvan Perişiç Çempionlar Liqasının əsas mərhələsinin V turunda İspaniya “Real Madrid”i ilə qarşılaşmada fərqlənərək iki yaş rekorduna imza atıb.
Sportify.az Opta-ya istinadən xəbər verir ki, xorvatiyalı futbolçu 37 yaş 295 günlüyündə penaltini dəqiq yerinə yetirməklə turnirin tarixində 11 metrlik cərimə zərbəsindən qol vuran ən yaşlı oyunçu olub.
Bununla yanaşı, Perişiç Çempionlar Liqasında “Real Madrid”ə qol vuran ən yaşlı futbolçu adına da yiyələnib.
Qeyd edək ki, qarşılaşmanın penalti epizodunda Aurelien Tçuameninin Sven Meynansın ayağına müdaxiləsindən sonra VAR-ın köməyi ilə 11 metrlik cərimə zərbəsi təyin edilib. Perişiç fürsəti qaçırmasa da, PSV Madriddə 1:5 hesabı ilə məğlub olub.



No Comment! Be the first one.