Coy Lens Mikels: "Barselona”ya qol vurduğum üçün çox xoşbəxtəm
“İlk hissədə yaxşı çıxış etdik və qol imkanlarımız oldu. Zərbəmiz dirəyə dəydi, iki-üç qol vura bilərdik”.
Sportify.az xəbər verir ki, bunu “Sabah”ın futbolçusu Coy-Lens Mikels Çempionlar Liqasının Liqa mərhələsinin V turunda İspaniya “Barselona”sına 1:4 hesabı ilə uduzduqları oyunu şərh edərkən deyib.
Təcrübəli hücumçu rəqiblərlə fərqdən danışıb: ‘Barselona”ya qarşı oynamaq hamımız üçün xüsusi təcrübə idi. . Lakin “Barselona” kimi komandaya qarşı fürsətlərdən istifadə etməsən, onlar öz imkanlarını dəyərləndirirlər. Aramızdakı əsas fərq də budur”.
O, komandasının yeganə qoluna imza atmasını da şərh edib: “Barselona’”ya qol vurduğum üçün çox xoşbəxtəm. Ancaq ikinci qol şansım da var idi və həmin epizodda fərqlənməli idim”.



No Comment! Be the first one.