“Sabah” – “Barselona” matçında rus azarkeş öldü
“Sabah” və İspaniya “Barselona”sı arasında keçirilmiş UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V tur matçını izləmək üçün Rusiyadan Azərbaycana gələn azarkeş stadionda vəfat edib.
Sportify.az-ın Teleqraf-a istinadən məlumatına görə, hadisə oyunun ikinci hissəsində Bakı Olimpiya Stadionunda qeydə alınıb.
Qarşılaşmanı tribunadan izləyən Rusiyanın Krasnoyarsk diyarından Bakıya gəlmiş 1987-ci il təvəllüdlü Anton Aleksandroviç Petrişşevin qəfil halı pisləşib. O, stadionda dünyasını dəyişib.
Mərhumun meyiti müayinə üçün morqa təhvil verilib.
İlkin ehtimala görə, azarkeşin ölümünə ürək tutması səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçirilmiş oyun “Barselona”nın qələbəsi ilə yekunlaşıb.



No Comment! Be the first one.