"Fənərbağça"nın futbolçusuna maraqlı cəza
Türkiyənin “Fənərbağça” klubunun futbolçusu Meyson Qrinvud dünən Londonda Ukrayna “Şaxtyor”u ilə keçirilən matçdan əvvəl meydana uşaq futbolçu ilə çıxmaq hüququ verilməyən yeganə oyunçu olub.
Sportify.az xəbər verir ki, buna səbəb İngiltərədə Qrinvudun gələcək həyat yoldaşına qarşı zorakılıq və zorlama ittihamları ilə üzləşməsi olub.
Məhz bu hadisələrdən sonra hətta bir sıra Britaniya şirkətləri də futbolçu ilə reklam müqavilələrini ləğv edib.



No Comment! Be the first one.