Messi jurnalistləri məhkəməyə verəcək
ABŞ-nin “İnter Mayami” komandasının futbolçusu Lionel Messi ailəsinin şəxsi həyatının pozulduğunu əsas gətirərək Argentina mediasına qarşı hüquqi addımlar atmağa hazırlaşır.
Sportify.az xəbər verir ki, argentinalı jurnalist Fran Kasaretto bu barədə “X” sosial şəbəkəsində məlumat yayıb.
Onun sözlərinə görə, Lionel Messi atası Xorxe Messi ilə vida mərasimi zamanı ailəsinin şəxsi həyat toxunulmazlığını pozan Argentina KİV-lərinə qarşı hüquqi tədbirlər görmək qərarına gəlib.
Qeyd edək ki, Xorxe Messinin vida mərasimi avqustun 9-da keçirilib. Tədbir yüksək təhlükəsizlik tədbirləri şəraitində baş tutub və mərasimdə yalnız ailə üzvlərinin iştirak etdiyi bildirilir.



No Comment! Be the first one.