Premyer Liqa klubundan 40 milyonluq transfer
İngiltərənin “Nottingem Forest” klubu Portuqaliyanın “Sportinq” komandasından müdafiəçi Usman Diomandenin transferini açıqlayıb.
Sportify.az xəbər verir ki, 22 yaşlı futbolçu klubla 4 illik müqavilə imzalanıb. Razılaşmada müqavilənin daha bir il uzadılması ilə bağlı bənd də yer alıb.
Məşhur insayder Fabritsio Romanonun məlumatına görə, transferin məbləği 40 milyon avro təşkil edib.
Diomande vətəni Kot-d’İvuar millisinin heyətində dünya çempionatında iştirak edib.
O, “Sportinq”in formasında bütün turnirlərdə 132 matça çıxıb.



No Comment! Be the first one.