UEFA Konfrans Liqası: "Qarabağ" pley-off mərhələsində! - YENİLƏNDİ
“Qarabağ” komandası UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin cavab oyununu keçirib.
Sportify.az xəbər verir ki, Azərbaycan təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionunda Ukrayna “Dinamo Kiyev”ini qəbul edib.
İngiltərəli baş hakim Stüart Ettuellin idarə etdiyi görüş Ağdam klubunun qələbəsi ilə yekunlaşıb – 2:0.
Hesabı 12-ci dəqiqədə Jali Muaddib baxımlı qolla açıb. 69-cu dəqiqədə isə Aleksey Kaşuk ukraynalı həmyerlilərini məyus edib.
Beləliklə, “Qarabağ” ilk matçda 0:1 hesabı ilə uduzmasına baxmayaraq, iki oyunun yekununda 2:1 hesablı üstünlüklə adını Konfrans Liqasının pley-off mərhələsinə yazdırıb.
Əsas mərhələ yolunda sonuncu rəqib böyük ehtimalla Niderland “Tvente”si olacaq. “Tvente” hazırda davam edən oyunda Slovakiyanın DAC-1904 komandasına səfərdə qalib gəlir – 1:0. İlk matçda isə niderlandlılar 6:0 hesabı ilə üstün olmuşdular.
——————————–
Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Qarabağ” bu gün III təsnifat mərhələsində cavab oyununa çıxacaq.
Sportify.az xəbər verir ki, Ağdam klubu Ukraynanın “Dinamo Kiyev” komandasını qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:00-da başlanacaq.
İngiltərədən olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, Polşanın Lublin şəhərində baş tutan ilk oyunda “Dinamo Kiyev” 1:0 hesablı qələbə qazanıb. “Qarabağ” uğurlu nəticə ilə pley-off mərhələsinə vəsiqə qazanacağı təqdirdə, “Tvente” (Niderland) – “DAC-1904” (Slovakiya) cütünün qalibi ilə üz-üzə gələcək.
UEFA Konfrans Liqası
III təsnifat mərhələsi, cavab görüşü
13 avqust
20:00. “Qarabağ” (Azərbaycan) – “Dinamo” (Kiyev, Ukrayna) – 2:0
Qollar: Jali Muaddib, 12. Aleksey Kaşuk, 69
Baş hakim: Stüart Ettuell
Baş hakimin köməkçiləri: Yan Hussin, Nik Qrinhalq
Dördüncü hakim: Lyuis Smit
VAR: Peter Benks
AVAR: Ceyms Bell
(Hakimlər briqadası İngiltərədəndir)
Tofiq Bəhramov adına Respublika Stadionu
İlk oyun – 0:1.



No Comment! Be the first one.