“Yuventus” Emiliano Martineslə danışıqları dayandırdı
İtaliyanın “Yuventus” klubu Argentina millisinin qapıçısı Emiliano Martinesin transferi ilə bağlı danışıqları davam etdirməmək qərarına gəlib.
Sportify.az xəbər verir ki, Turin təmsilçisi 33 yaşlı argentinalı qapıçı üçün 7 milyon avro əsas ödəniş və əlavə 3 milyon avro bonus təklif edib. Lakin tərəflər keçidin şərtləri ilə bağlı razılığa gələ bilməyiblər.
Bu səbəbdən “Yuventus” Martinesin transferindən vaz keçərək qapıçı mövqeyini gücləndirmək üçün digər namizədlərə yönəlmək qərarına gəlib.
Qeyd edək ki, Martines hazırda İngiltərənin “Aston Villa” klubunda çıxış edir.



No Comment! Be the first one.