“Barselona” “Arsenal”ın hücumçusunu transfer etmək istəyir
İspaniyanın “Barselona” klubu İngiltərənin “Arsenal” komandasında çıxış edən Viktor Gyökeresi heyətinə qatmaq istəyir.
Sportify.az xəbər verir ki, Kataloniya təmsilçisi hücum xəttində yaranan boşluğu doldurmaq üçün bir neçə namizədi nəzərdən keçirir. Ferran Torresin komandadan ayrılmasından sonra “Barselona” yeni hücumçu axtarışındadır.
“Barselona”nın mümkün namizədlərindən biri Viktor Gyökeresdir. İsveçli futbolçunun transferi ilə bağlı kataloniyalıların yaxın zamanda konkret addımlar ata biləcəyi bildirilir.
Qeyd edək ki, Gyökeres ötən mövsüm “Arsenal”ın heyətində 55 oyunda 21 qol vurub.
İspaniya klubunun hücum xəttini gücləndirmək üçün transfer bazarında fəallığını davam etdirəcəyi gözlənilir.



No Comment! Be the first one.