"Dinamo Kiyev" "Qarabağ"ın sabiq futbolçusuna tapşırılır
Ukraynanın “Dinamo Kiyev” komandasında baş məşqçi dəyişikliyi gündəmə gəlib.
Sportify.az “TaToTake” nəşrinə istinadən xəbər verir ki, baş məşqçi İqor Kostyuk qeyri-qənaətbəxş nəticələr səbəbindən yaxın vaxtlarda vəzifəsindən ayrılacaq.
Mümkün əvəzləyicilər arasında Sergey Kravçenkonun da adı hallanır.
Hazırda “Polesye”də Ruslan Rotanın köməkçisi kimi çalışan Kravçenko müstəqil məşqçilik karyerasına başlamaq istəyir.
Onu “Qarabağ” azarkeşləri də yaxşı xatırlayır. Ukraynalı mütəxəssis futbolçu kimi 2005-ci ildə Ağdam klubunun formasını geyinib. Daha sonra “Dinamo Kiyev”də çıxış edib. Kravçenko avqustun əvvəlində “Qarabağ” – “Dinamo Kiyev” qarşılaşmasından öncə hər iki klubda oynadığını və bu duelin onun üçün xüsusi maraqlı olduğunu bildirmişdi.
Qeyd edək ki, “Dinamo Kiyev” UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Qarabağ”a iki oyunun yekununda uduzaraq (1:0, 0:2) mübarizəni dayandırıb.



No Comment! Be the first one.