Rodriqo Mora “Roma”ya keçdi
İtaliyanın “Roma” klubu Portuqaliyanın “Portu” komandasından Rodriqo Moranın transferini rəsmiləşdirib.
Sportify.az xəbər verir ki, 19 yaşlı portuqaliyalı yarımmüdafiəçi yeni komandasında 86 nömrəli formada çıxış edəcək.
Rodriqo Mora “Portu”nun əsas komandasında 80 oyuna çıxıb və 16 qol vurub.
“Roma” futbolçunun transferi üçün 25 milyon avro ödəyib. Razılaşmaya əsasən, daha 2 milyon avro bonus nəzərdə tutulub.
Bundan əlavə, “Portu” Rodriqo Moranın növbəti satışından əldə olunacaq məbləğin 50 faizinə sahib olacaq. “Roma” isə bu payı sonradan 25 milyon avro qarşılığında almaq hüququna malikdir.



No Comment! Be the first one.