Çempionlar Liqasının finalı Münhendə keçirilə bilər
Münhen Şəhər Şurası 2028-ci ildə UEFA Çempionlar Liqasının finalına ev sahibliyi etmək üçün şəhərin namizədliyini təsdiqləyib.
Sportify.az xəbər verir ki, final qarşılaşmasının Münhendəki “Alyans Arena” stadionunda keçirilməsi planlaşdırılır. Şəhər meri Dominik Krauze bildirib ki, Münhen 2025-ci ildə ən yüksək səviyyəli beynəlxalq idman yarışlarını qəbul etmək bacarığını bir daha nümayiş etdirib.
2028-ci il Çempionlar Liqasının finalının keçiriləcəyi məkanla bağlı yekun qərarı UEFA İcraiyyə Komitəsi 2026-cı ilin sentyabr ayının ortalarında verəcək.
Qeyd edək ki, Münhen 2025-ci ildə də Çempionlar Liqasının finalına ev sahibliyi edib. Həmin qarşılaşmada PSJ “İnter”i 5:0 hesabı ilə məğlub edərək turnirin qalibi olub.
2027-ci il Çempionlar Liqasının finalı isə Madriddəki “Metropolitano” stadionunda keçiriləcək.



No Comment! Be the first one.