Valdas Dambrauskas: Səhvlərimizi düzəltməliyik
“Əlbəttə, hesab eynidir. Yenə də səfərdə 1:2 hesabı ilə məğlub olduq. Lakimn bu dəfə hisslərimiz fərqlidir”.
Sportify.az xəbər verir ki, bunu “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas səfərdə İsrailin “Hapoel Beer Şeva” komandası ilə keçirdikləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk görüşündən sonra deyib.
Təcrübəli mütəxəssisin sözlərinə görə, rəqib həqiqətən də yüksək səviyyəli komandadır: “Bizə çox yaxşı təzyiq edirdilər. Əvvəlki rəqiblərimizdən fərqli olaraq, bizim təzyiqlərimizdən asanlıqla çıxırdılar. Qarşımızda bir həftəyədək vaxt var. Bu müddət ərzində səhvlərimizi düzəltməli, daha çox top saxlamağa çalışmalıyıq. Doğrudur, bu gün rəqib müəyyən şanslar yaratdı. Amma biz əlimizdən gələni etməliyik ki, həll yollarını tapdıqdan sonra qalibiyyətə yaxın tərəf biz olaq”.
Dambrauskas matçın sonlarında əvəzlənmiş mərkəz müdafiəçisi Stiv Solvetin cavab görüşündə iştirak edəcəyinə əminliyini dilə gətirib: “İndi belə, onun ciddi zədəsi yoxdur. Sadəcə, bir qədər xəstə idi. Demək olar ki, 90 dəqiqəni yaxşı çıxış etdi. Əminəm ki, Solveti Bakıda da meydançada görə biləcəyik”.
Qeyd edək ki, cavab görüşü avqustun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.



No Comment! Be the first one.