“Hapoel Beer Şeva”nın futbolçusu: “Sabah” bizi təəccübləndirmədi
“Erkən qola baxmayaraq, özümüzü toparladıq”.
Sportify.az xəbər verir ki, bunu İsrailin “Hapoel Beer Şeva” komandasının futbolçusu Qay Mizrahi UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Sabah” üzərində 2:1 hesablı qələbə qazandıqları ilk görüşdən sonra deyib.
25 yaşlı müdafiəçi nəticədən məmnun olduğunu bildirib: “Qələbəyə görə çox sevinirik. Gələn həftə də işimizi sona çatdırmaq istəyirik. Hamımız xoşbəxtik, amma bu, yalnız yolun yarısıdır. Hamımızın arzusunu reallaşdırmaq istəyirik”.
Mizrahi komandasının erkən buraxılan qola reaksiyasını da yüksək qiymətləndirib: “Daha yaxşı komanda olduğumuzu göstərdik. Növbəti həftə üçün hazır olmalıyıq. Rəqib bizi təəccübləndirmədi. Onların keçidlərdə güclü olduğunu bilirdik”.
Futbolçu azarkeşlərin dəstəyinin komandaya böyük kömək etdiyini vurğulayıb: “Azarkeşlər bu gün bizə böyük dəstək verdilər. Onlar panikaya düşməməyimizə kömək etdilər. Biz onları çox sevirik”.
Qeyd edək ki, cavab görüşü avqustun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.



No Comment! Be the first one.