Belçika millisinin futbolçusu “Milan”da
İtaliyanın “Milan” klubu Fransa “Strasburq”unun və Belçika millisinin futbolçusu Diequ Moreyranı transfer edib.
Sportify.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi ilə 2031-ci ilin yayınadək müqavilə bağlanılıb.
Belçikada doğulmuş Moreyra “Standad Lyej”in futbol akademiyasına yetişsə də, 2021/2022 mövsümündə Portuqaliya “Benfika”sı ilə UEFA Gənclər Liqasının və 20 yaşadək futbolçulardan ibarət komandalar arasında Qitələrarası Kubokun qalibi olub. Növbəti mövsüm isə o, UEFA Çempionlar Liqasında debüt edib.
2023-cü ilin yayında İngiltərənin “Çelsi” komandasına keçən yarımmüdafiəçi Fransa “Lion”unda da çıxış etdikdən sonra 2024-cü ilin yayında “Strasburq”a keçib.
Portuqaliyanın gənclər yığmasının formasını geyindikdən sonra o, 2025-ci ildən Belçikanın lehinə seçimini edib və builki dünya çempionatına qatılıb.
Moreyra ötən mövsüm 42 oyunda 5 qol və 9 məhsuldar ötürmə müəllifi olub.


No Comment! Be the first one.