AFFA-dan "Sumqayıt"ın kapitanına ağır cəza
AFFA İntizam Komitəsi “Sumqayıt”ın futbolçusu Səbuhi Abdullazadəni 5 oyunluq cəzalandırıb.
Sportify.az xəbər verir ki, buna kapitanın Misli Premyer Liqasında I turun “Neftçi” ilə ev oyununun 74-cü dəqiqəsində təcavüzkar davranışı səbəb olub.
Həmin epizodda Abdullazadə birbaşa qırmızı vərəqə alıb. Onun hərəkəti üzündən “Sumqayıt” 3 000 manat cərimələnib.
“Neftçi” isə 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat ziyana düşüb.
Eyni məbləğdə cəriməni “Şamaxı” da ödəyəcək. Bu klubun 4 futbolçusu “Qarabağ”la səfər matçında sarı vərəqə alıb.



No Comment! Be the first one.