Bakıda Avropa çempionatı: Millimiz Portuqaliyaya qarşı
Bu gün Bakıda qadın voleybolçular arasında Avropa çempionatına start veriləcək.
Sportify.az-ın məlumatına görə, Azərbaycanın ev sahibliyi etdiyi C qrupunun qarşılaşmaları Milli Gimnastika Arenasında təşkil olunacaq.
Yarışın açılış mərasimi saat 18:15-də keçiriləcək. Təntənəli tədbirin ardından saat 19:00-da Azərbaycan və Portuqaliya milli komandaları arasında C qrupunun ilk oyunu başlayacaq.
Qeyd edək ki, qadın voleybolçular arasında Avropa çempionatı 21 avqust – 6 sentyabrda Azərbaycan, Türkiyə, İsveç və Çexiyanın ev sahibliyi ilə keçirilir.
Bakının ev sahibi olduğu C qrupunda Azərbaycan, Niderland, İspaniya, Belçika, Portuqaliya və Rumıniya milli komandaları mübarizə aparır.



No Comment! Be the first one.