Fərid Rzazadə dünya çempionu oldu
Azərbaycan cüdoçusu Fərid Rzazadə yeniyetmələr arasında dünya çempionu olub.
Sportify.az xəbər verir ki, Ekvadorun Quayakil şəhərində keçirilən yeniyetmələr arasında cüdo üzrə dünya çempionatında 50 kq çəki dərəcəsində mübarizə aparan Fərid Rzazadə final görüşünə çıxıb.
O, həlledici qarşılaşmada Qazaxıstan təmsilçisi Adiljan Nurbekeni məğlub edərək qızıl medal qazanıb.



No Comment! Be the first one.