“Barselona” “Atletiko”nun hücumçusundan əl çəkmir
İspaniyanın “Atletiko Madrid” klubunun futbolçusu Xulian Alvares “Barselona”nın əsas transfer hədəfi olaraq qalır.
Sportify az xəbər verir ki, Kataloniya təmsilçisi İtaliya “İnter”indən Lautaro Martines və Belçika “Brügge”sindən Nikolo Tresoldi kimi alternativlər üzərində də çalışmasına rəğmən, argentinalı hücumçu ilə bağlı mövqeyini dəyişməyib.
26 yaşlı hücumçu hazırda komanda ilə normal məşqlərə çıxsa da, davranışları vəziyyətdən narazı olduğunu göstərir. Məşqlər zamanı ciddi görünməsi və baş məşqçi Dieqo Simeone ilə arasında nəzərəçarpacaq məsafənin olması diqqət çəkir.
Alvareslə Simeone arasındakı münasibətlərin gərginləşdiyi bildirilir. Bu amilin futbolçunun “Atletiko”dan ayrılmaq istəməsinin əsas səbəblərindən biri olduğu qeyd olunur.
“Barselona”nın qarşıdakı günlərdə Alvaresi transfer etmək üçün daha bir cəhd göstərəcəyi və danışıqları transfer pəncərəsinin son günlərinə qədər davam etdirəcəyi gözlənilir.


No Comment! Be the first one.